Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının fəaliyyətinə dair reqlamenti imzalayıb
25 Oktyabr 2024 14:16 SiyasətErmənistan prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti ilə bağlı reqlamenti imzalayıb.
Olaylar bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
"Ermənistan parlamenti tərəfindən 23 oktyabr tarixində qəbul edilən Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsi, Ermənistan və Azərbaycan dövlət komissiyalarının sərhədin delimitasiyası üzrə fəaliyyətini tənzimləyir", - Ermənistan prezidentinin rəsmi saytında qeyd edilib.
Qeyd edək ki, reqlamentin lehinə 67 deputat səs verib, əleyhinə və bitərəf qalan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31