Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi- ÖZƏL

"30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş torpaqlarımızda görülən bərpa-quruculuq işləri tezliklə bütün soydaşlarımızın öz dogma yurd-yuvalarına qovuşacaqlarına inamı artırır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə bütün yeniliklər öz əksini tapıb, insanların rahat yaşayışı təmin edilir". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31