Azərbaycan Ordusu BMT qətnamələrinin icrasını təkbaşına həyata keçirdi- ÖZƏL

"Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  tarixi Zəfərə imza atdı, dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, onların tətbiqi üçün ikili siyasətə son qoyub vahid icra mexanizmi müəyyənləşdirilməlidir".
"Olaylar" xəbər verir ki, bunu YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev deyib: "Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. Azərbaycan Ordusu 30 il ərzində əksər dünya güclərinin edə bilmədiklərini etdi, BMT qətnamələrinin icrasını təkbaşına həyata keçirdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsində Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi azad olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31