Qarabağda Azərbaycan bayrağının dalğalanması qürurvericidir- ÖZƏL

"Bu gün vaxtilə işğal edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması qürurvericidir".  "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib: "2020-ci ilin dekabr ayında Prezident İlham Əliyev Qubadlıya səfəri zamanı çıxışında "Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır", - söyləyərək onu da qeyd etmişdir ki, mənfur düşmən bu ərazilərdə hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir. Müzəffər Ali Baş Komandan bu məqama da xüsusi diqqət yönəltmişdir ki, azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31