Ulu öndər həm də müstəqilliyimizin banisi olmuşdur- ÖZƏL

"Etiraf etməliyik ki, 1918-ci ildə elan edilən müstəqillik, eyni zamanda 1991-ci ildə bərpa edilən müstəqillik o vaxtkı geosiyasi şəraitin, tarixi hadisələrin məntiqi nəticəsi idi və təəssüf ki, formal xarakter daşıyırdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov deyib: "Məzmun baxımından Azərbaycanın müstəqilliyinin əsl bərpası 1990-cı ilin noyabrında, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin cəsarətli təşəbbüsü ilə başlandı. O, "Sovet Sosialist" sözlərini Naxçıvanın adından çıxararaq, üçrəngli bayrağımızı rəsmi dövlət bayrağı elan etdi. Bu addım yalnız dövlətçiliyin bərpası deyildi, həm də müstəqilliyimizin ideoloji təməlini möhkəmləndirən bir qərar idi.Ona görə də Ulu Öndər Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin qurucusu deyil, həm də əsl müstəqilliyimizin banisi olmuşdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31