İsrail Amerika Birləşmiş Ştatlarından ikinci THAAD batareyası tələb edir

İsrailin  kütləvi informasiya vasitələri İranla gözlənilən müharibədə Təl-Əvivin müdafiəsini gücləndirmək üçün ABŞ-dən ikinci THAAD (Terminal High Altitude Area Defense) batareyasını verməyi  xahiş edib. Məlum olduğu kimi İsrail rəhbərliyinin İrana zərbə endirmək barədə ABŞ ilə  razılığa gəldiyinə dair xəbərlər yayıldıqdan sonra Tehran İsrailin potensial hücumuna hazırlaşır. THAAD sisteminin ilk batereyasının regionda yerləşdirilməsi İsrailin gözlənilən hücumuna İranın reaksiyasına hazırlaşmaq məqsədi daşıyırdı. Əvvəllər bir həm ABŞ, həm də İsraildən olan hərbi mütəxəssislər bir THAAD batereyasının İsrailin havadan müdafiəsini təmin etmək üçün kifayət edəcəyini vurğulayırdılar. Belə olan halda ikinci batereyanın göndərilməsinə nədən zərurət yarandı.
Ümumiyyətlə İsrailin kifayət qədər həm öz istehsalı, həm də Amerika istehsalı olan kifayət qədər havadanmüdafiə sisteminə malik olması barədə əvvəllər çoxlu məlumatlar var idi. İsrailin raketdənmüdafiə sisteminin dünyada ən inkişaf etmiş sistem olması ciddi fakt kimi qəbul olunurdu. Amma İranın İsrailə raket hücumlarından sonra bu faktın ən azından həqiqətdən uzaq olması məlum oldu. İsrail havadanmüdafiə sistemləri-Dəmir Qübbə, Dvud Sapandı və Ox- İsrail hərbi obyektləri və yaşayış məskənlərini 1500 km. uzaqdan atılan İran raketləri və Hizbullahın dronlarından qorumaqda gözlənilən nəticəni vermədi. Vəziyyət gərginləşdikcə və İrandan yeni daha güclü hücumlar gözləndiyi vaxt İsrailin müdafiə olunmasına ciddi ehtiyac hiss olunmağa başladı. Məlum olduğu kimi Amerika və onun İsrailə yardım üzrə koalisiya ortaqları bu ölkənin müdafiəsi missiyasını öz üzərlərinə götürüblər. Belə olan surətdə onlar üçün iki çıxış yolu var idi-ya öz hərbi qüvvələrini silahları ilə birlikdə İsraildə yerləşdirmək, ya da ona daha güclü havadanmüdafiə sistemi vermək. ABŞ ikinci variantı məqbul hesab etdi. Buna görə THAAD sisteminin ilk batereyası 100 amerikalı hərbçi ilə İsraildə yerləşdirildi. Bu hərbçilər THAAD-a xidmət etmək üçün nəzərdə tutulub.
1-ci THAAD batereyası İsraildə yerləşdirildikdən sonra İran tərəfindən bu sistemin də İsarilin müdafiəsini yarmaq üçün onlara mane olmayacağı və onun da zəif sistemini bildiklərini bəyan etdikdən sonra həm İsraildə, həm də ABŞ-də narahat olmağa başladılar. Əgər həqiqətən THAAD sistemi də İran raketlərinin İsrailə hücumunun qarşısını ala bilməsə, bu Amerika silah sənayesinin nüfuzuna ciddi zərbə vuracaq. ABŞ bu problemi qabaqcadan hiss etdiyinə görə THAAD sisteminin yeni batareyasını İsrailə verməyə razılaşdı. Amma bu da hələ son deyil. İsrail tələb etdikcə və ABŞ İran silahları qarşısında təhlükə hiss etdikcə bu batereyaların sayı artırıla bilər.
THAAD raketdənmüdafiə sistemini İsrailə verməklə Bayden administrasiyası bir tərəfdən ABŞ-də yaşayan yəhudiləri sakitləşdirmək və öz tərəfinə çəkmək istəyir, digər tərəfdən isə İsrailə başa salmağa çalışır ki, Vaşinqton İsrailin İrana qarşı hücum əməliyyatlarında iştirak etmək fikrində deyil. Onun müdafiəsini təşkil etməyə gəlincə əlində olan bütün imkanlardan istifadə edəcək.

Əlimusa İbrahimov
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31