Azərbaycan de-yuri olduğu qədər de-fakto da müstəqil dövlətdir- ÖZƏL
21 Oktyabr 2024 10:53 Siyasət"Müasir dünyada müstəqilliyi qoruyub saxlamaqdan da çətin bir məsələ var ki, o da de-yuri müstəqillik statusunu de-faktoda təsdiq etməyi bacarmaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bu gün dünyada de-yuri dövlətlərin sayı 200-dən artıqdır. Amma onların nə qədəri de-fakto müstəqildir? Təəssüf ki, de-fakto müstəqil dövlətlərin, yəni ancaq öz milli maraqlarından çıxış edənlərin sayı sözdə müstillərinkindən dəfələrlə azdır. Sözdə müstəqillərin bir hissəsi Ermənistan kimi geosiyasi alət, digər hissəsi həm ideoloji, həm də hərbi işğal altında olan bir ölkənin timsalında plastarm, üçüncü qismi isə peyk funksiyası yerinə yetirirlər. Fəxrlə qeyd edirəm ki, bu gün vətəndaşı olduğum dövlət de-yuri qədər olduğu kimi de-fakto da müstəqillər sırasındadır. İqtisadi, hərbi potensialı, eləcə də insan kapitalı baxımından bizdən güclü xeyli dövlət var ki, heç də onlar Azərbaycan kimi müstəqil siyasət yürüdə bilmirlər. Bunun səbəbi təbii ki, lider faktori ilə əlaqədardır".