Regionda eskalasiyanın artırılmasında Hindistanın payı böyükdür-Şəbnəm Həsənova -ÖZƏL
20 Mart 2024 13:13 Siyasət
"İllərlə Cənubi Qafqazın iki dövləti arasında münaqişədə olduğu qədər, elə indi də regionda eskalasiyanın artırılmasında Hindistanın payı böyükdür".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylara açıqlamasında bildirib:
"Regiona təsirini Ermənistan vasitəsilə tutduğundan onun hər dəfə tamamilə divara sıxışdırılması Hindistanı Cənubi Qafqazla bağlı strategiyasına fundamental dəyişikliklərə getməyə vadar edir.
Hindistan son bir neçə ildə silah satışından tutmuş transkontinental dəmiryol xətlərinə mane olmağa, Azərbaycanın regiondakı addımlarına "təcavüz" donu geyindirirərək mövqeyimizi pisləməyə qədər kifayət qədər mənfur addımlar atıb. Hindistana strateji baxımdan İranın şimal-qərbindən Cənubi Qafqazı yararaq Rusiya və ya Qara dənizə gedən dəmir yolu xətti lazımdır. Buna görə də həm Hindistanın, həm də İranın iki alternativi mövcuddur: biri Ermənistanın cənubundan, digəri isə Azərbaycandan keçməklə Xəzər sahili boyunca. Hindistan ən azı bu nöqtəyə qədər açıq şəkildə birincini seçdi.
Buna isə səbəb olan bir neçə amil mövcuddur. İlkin olaraq Azərbaycanın Pakistanla uzun müddət əməkdaşlıq etməsidir. İkincisi isə regionumuz Hindistanın Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat dəhlizinin tikintisinə dair ambisiyaları üçün əsas halına gəldi. Ermənistan da onun planının dəstəklənməsində xüsusi canfəşanlıq nümayiş etdirirdi. Bu baxımdan erməni xəttinin regionda tamamilə qırılması Hindistanı regiondakı maraqlarını tez bir zamanda qabartmağa tələsdirdi. Hindistanın addımları Ermənistana daha çox dəstək vermək istiqamətində irəliləyir. Belə ki, ona raket, artilleriya və radar sistemləri də daxil olmaqla silah satılır, işgüzar əlaqələrin inkişafı üçün bir neçə il davam edən proses davamlı tutulmağa çalışılır. Qeyd edilən amilləri nəzərə alsaq Ermənistan-Hindistan ikitərəfli münasibətlərinin son bir neçə ildə tutduğu kursa da xas olaraq irəlilməsi onun konkret məqsədə xidmət edən xüsusi əsaslı kimi ciddi şəkildə göz önündə tutulmalı olduğundan xəbər verir. Başqa sözlə, sırf öz məqsədlərinə fokus olan Hindistanın maraqları baxımından bölgəyə marağının azalmasına dair Azərbaycanın sülh gündəliyi ona heç bir əsas vermirsə, bununla belə, Hindistan son zamanlarda Ermənistana dəstək nümayiş etdirir, hətta Azərbaycanın hərəkətlərini pisləməsi üçün çox, təqdir etməsi isə bir yana qalsın, mane olmaması üçün çox az iş görüb.
Hindistan üçün nəqliyyat yolları, onun həyat qabiliyyəti maraqlıdır. Çünki əlaqə Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən keçdiyindən Hindistan üstünlüyün kimin tərəfində olacağını aydın görür.
Məsələ həm də odur ki, İran və ABŞ kimi bir-birindən fərqli ölkələr Ermənistana müxtəlif dərəcədə dəstək verdilər və ya onların ən azından bölgədə yaşayan etnik ermənilər üçün narahatlıq ifadə etmələri, özlüyündə, bəlkə də, Hindistan prizmasından Ermənistanla tərəfdaşlığın risklər nəzərə alınmaqla çox riskli olduğu başa düşülsə də onun bölgəyə özgələşdirilməməsi qorxusundan addımlarını artırdı. Bir sözlə, Hindistanın bölgəyə olan mövcud marağı baxımından atdığı addımlar həm də Ermənistan vasitəsilə digər rəqiblərinə qarşı qabaqlayıcı səyləridir".