Böyük Britaniyanın diplomatları Fazil Mustafa ilə görüşüb
7 Mart 2024 18:26 SiyasətBöyük Britaniya və Quzey İrlandiya Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisinin missiyası ölkəmizə səfərdədir. Missiyaya Güney Qafqaz komandasının rəhbəri Maykl Kokl və Şərq Araşdırmalar Qrupunun Baş Tədqiqat analitiki Cenifer Tobias daxildir.
Missiya respublikamıza səfər çərçivəsində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə qonaqlar onları maraqlandıran müxtəlif suallarla çıxış edib, Fazil Mustafanın dəyərləndirmə və rəylərini dinləyiblər.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi şöbə rəhbəri və konsul Edvard Krimbl iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

