Qərb fondları medianın rolu vasitəsilə üstünlüyə yiyələnmək arzusundadırlar-İlyas Hüseynov- ÖZƏL

"Abzas media və buna oxşar digər qurumlarla yanaşı, Toplum TV, eləcə də adları çəkilməyən digər KİV-lər Qərbin əlində bir alət kimi çıxış edərək qarayaxma kampaniyası, dağıdıcı siyasət həyata keçirirlər". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Rusiya, Gürcüstan, Azərbaycan və digər ölkələrdə daxili işlərə qarışmaq məqsədlərini irəli sürən Qərb fondları medianın rolu vasitəsilə üstünlüyə yiyələnmək arzusundadırlar. QHT-lər, media resursları, sosial şəbəkələr və digər rıçaqları işə salmaqla beynəlxalq ictimaiyyəti də, daxili auditoriyanı da öz maraq dairəsi müstəvisində nəzərdən keçirirlər. Xüsusilə vurğulamaq lazımdır ki, USAİD və onun ətrafında olan qurumlar dəfələrkə ölkəmizə qarşı çirkin və qarayaxma kampaniyanı həyata keçiriblər. Ölkəmizdə mühüm tədbirlər ərəfəsində, mühüm seçkilər dövründə bu təşkilat və onun funksionerləri çalışıblar ki, ölkəmizdə qarışıqlıq yaratsınlar. Uzun illər ərzində Azərbaycanda şəbəkələşmək arzusunu həyata keçirsələr də, uğursuzluğa düçar olublar. Daxili sabitliyə xələl gətirmək cəhdləri də iflasa uğrayıb. Eyni zamanda, biz ABŞ və Qərb ölkələrində mövcud vəziyyətə nəzər saldıqda tamamilə ayrı bir mübasibəti görürük. Jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə, ictimai aktivistlərə qarşı dövlət güclü tədbirlər həyata keçirməklə yanaşı, kəskin siyasət yürüdür. Edvard Snouden, Culian Asanc və digərlərinə qarşı hansı proseslərin icra olunduğunu biz bugün də görməkdəyik. Culian Asancın hüquqlarının qorunması istiqamətində bu gün böyük bir beynəlxalq hərəkat başlayıb. Ona görə də Azərbaycan öz milli maraqlarına uyğun addımlar atır və dövlət əleyhinə işləyən müxtəlif şəxslərin, qrupların və təşkilatların təsiri altına düşərək qeyri-qanuni üsullarla fəaliyyət göstərən və belə fəaliyyətdən çəkinməyən şəbəkələr ifşa olunur, onlar neytrallaşdırılır və bundan sonra da bu siyasi xətt davam etdiriləcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31