Ermənistan ekoloji məsuliyyətsizlik şüurunu davam etdirir-Tural İsmayılov- ÖZƏL

"Əlbəttə, biz Ermənistanın ekoloji terroruna bir çox dövrlərdə şahidlik etmişik". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Təəssüflər olsun ki, bu günə qədər dünya birliyi Ermənistanın törətdiyi ekoloji terrorla bağlı heç bir real və ciddi çağırışlar etməyin, əməli addımlar atmayıbdır. Daha əvvəldən biz bilirik ki, Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı ortada bir fakt var idi. Bununla bağlı Azərbaycan dəfələrlə qlobal təşkilatlara, ekologiyayla bağlı məsuliyyəti olan qurumlara, eyni zamanda, "Greenpeace" və dünyanın bir çox önəmli yaşıllar hərəkatına Azərbaycan vətəndaş cəmiyyəti və ictimaiyyəti də reaksiya verməyə səslənmişdi. Amma gördük ki, bütün çağırışlarımıza rəğmən bu beynəlxalq təşkilatlar nəinki reaksiya vermədilər, əksinə, Ermənistanın törətdiyi ekoloji terrora göz yumdular. Bu məsələdə hansısa manipulyasiyalar etməyə çalışdı. Faktiki olaraq Oxçuçayı məsələsinə görə məsuliyyətə cəlb edilməyən Ermənistan sonrakı dövrdə Azərbaycanın işğal altında olan ərazilərində də bu ekoloji terroru davam etdirdi. Nəticədə biz bilirik ki, bizim ekoloji fəallarımız Ermənistanın həyata keçirdiyi bu çox vektorlu ekoloji terrora qarşı böyük bir etiraz səsi ucaltdılar. Bu gün də Ermənistan ekoloji məsuliyyətsizlik şüurunu davam etdirir. "Amulsar" qızıl yatağını qanunsuz formada istismar edir. Orada qadağan olunmuş maddələrdən istifadə edir, sonra bu maddələri Araz çayına axıtmaqla təkcə öz ekologiyasına deyil, bütövlükdə regionun ekologiyasına böyük bir təhdid törədir. Bu gün "yaşıl enerji" , COP29 kimi önəmli tədbirlərə evsahibliyi edib, qlobal ekologiyaya böyük töhfə verən Azərbaycan qarşısında Ermənistan kimi ekoloji məsuliyyətsizlik şüuruna malik olan, diplomatik etiket normalarını bilməyən, ümumiyyətlə, heç bir məsələdə əxlaqlı davrana bilməyən bir ölkə var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31