Azərbaycanın atdığı bu addımlar beynəlxalq hüquqa tam şəkildə uyğundur-Oqtay Qasımov- ÖZƏL

"Xankəndi şəhərində müəyyən tikililərin sökülməsi təbii ki, Azərbaycanın haqqıdır".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Bu proses beynəlxalq hüquqa qəti şəkildə zidd deyil, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Birincisi, əsas məsələ ondan ibarətdir ki, burada tikilən tikintilər vaxtilə Azərbaycanın Xankəndi şəhərinin baş planına zidd şəkildə aparılıb. Bu tikililər şəhərin memarlıq quruluşuna ciddi şəkildə xələl gətirib. İkinci məqam ondan ibarətdir ki, bu proseslərin hamısı işğal dövründə baş verib və Azərbaycan əraziləri, o cümlədən, Xankəndi şəhəri işğal edildikdən sonra orada müəyyən qanunsuz tikintilər həyata keçirilib ki, beynəlxalq hüquqa görə işğaldan azad olunmuş ərazilərdə işğalçılar tərəfindən tikilmiş istənilən tikinti və yaxud tikililər sökülməlidir. Beynəlxalq hüquqla bu işğala məruz qalmış və sonradan torpaqlarını azad etmiş tərəfin tam şəkildə haqqıdır. Orada sökülən tikintilərdən digəri isə vaxtilə Qarabağ ərazisində Azərbaycan əhalisinə qarşı terrorda iştirak və öncüllük etmiş "Yerkrapa" təşkilatı və ona yaxın olan digər terrorçu qruplaşmalara aid olan binadır. Bu tikili də son illər tikilib. Məhz bu baxımdan terrorizmi, işğalı simvolizə edən bütün tikililər və tikintilər sökülməlidir. Beynəlxalq hüquq da bunu qəti şəkildə qadağan etmir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın atdığı bu addımlar həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquqa tam şəkildə uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31