Xarici donorların əsirinə çevrilən media subyektləri
8 Mart 2024 10:33 SiyasətOnlar milli və dövlət maraqlarını ayaq altına atmaqdan belə çəkinmirlər
Müstəqilliyin ilk illərindən bəri ölkədə təxribatçı beynəlxalq qurumların təsiri altına düşən vətəndaş cəmiyyətləri və media subyektlərinin fəaliyyəti müşahidə olunmaqdadır. Başqa sözlə, yenicə müstəqillik əldə etmiş ölkələrdəki boşluq və xaosdan iastifadə edərək öz cəsur şəbəkələrini formalaşdırılmış oturuşmuş dövlətlər hələ də məkirli niyyətlərini davam etdirməkdədirlər. Elə ötən il qeyri-qanuni fəaliyyət nəticəsində xarici donorlardan xeyli miqdarda maliyyə vəsaiti əldə etmiş "Abzas Media" nümayəndələrinin həbsi bəzi mətləblərə aydınlıq gətirdi. Məlum oldu ki, sözügedən "media təmsilçiləri" ABŞ-dən yönləndirilən "qrant şəbəkəs"nin diqtəsi ilə fəaliyyət göstərərək, heç bir peşə etikasını gözləmədən ölkəmiz barədə lüzumsuz dezinformasiya yaymaqla məşğuldur. Belə ki, "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən, ardınca"Abzas Media" internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı da Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanıldı. Onların ofisində aparılan axtarış zamanı mənbəyi bəlli olmayan 40 min avro məbləğində vəsait aşkar edilib. Məsələ orasındadır ki, hələ hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi açıqlama verməmişdən əvvəl"qrant" şəbəkəsinin üzvləri "Abzas Media"nın guya "müstəqil KİV qurumu" olduğu, direktor Ü.Həsənlinin də məhz "həqiqəti yazdığına görə həbs edildiyi" barədə bəyənat yayırlar. Bəyənat "Sərhədsiz Reportyorlar" Təşkilatı (Paris) və "Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi" (Nyu-York, ABŞ) tərəfindən operativ şəkildə yayılaraq hadisə "müstəqil mediaya qarşı təzyiq" kimi qələmə verilir. Belə məlum olur ki, şəbəkə üzvləri ciddi şəkildə təlimatlandılıblar və əllərini altında baş verə biləcək hər hansı hadisəyə qərəzli don geyindirəcək mətinlər var. Məntiq isə olduqca sadədir-şəbəkələr, hətta haqsız olsalar belə, bir-birilərini müdafiə etməyə məhkumdurlar. Azərbaycanın əleyhinə olan bütün informasiyaları operativ şəkildə işləyib beynəlxalq aləmin diqqətinə çatdırmalıdırlar. Əgər neqativ fakt olmasa belə, nəsə uydurmalı, dezinformasiya xarakterli mətin ağalarına göndərilməlidir. Sirr deyil ki, bu mexanizmi işlək halda saxlamaq üçün "lokal şəbəkələr"ə külli miqdarda vəsaitlər ayrılır. İnanılmaz görünsə də, faktdır ki, ayrılan vəsaitlərin həcmi milyonlarla dollar ölçülür. Radikal feministlər, "Abzas Media", "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", "Sərhədsiz Reportyorlar"ın yerli ofisi və buna bənzər digər lokal qruplar xüsusi şəbəkə şəkildə bəslənilib inkişaf etdirilirlər. Vəsaitlər isə ən müxtəlif vasitələrlə, xüsusən Gürcüstan bankları və ya fərdi qaydada icraçıya çatdırlır. Məlumata görə, belə layihələrin maliyyələşdirilməsində Avropa İttifaqı, Avropa Şurası, ABŞ-ın müxtəlif təşkilatları fəallıq nümayiş etdirilər. Əvvəllər "Soros Fondu", NED və bu kimi donor təşkilatların istifadə etdikləri maxinasiyalar, bu gün dolayı formada ABŞ səfirliyi, USAID ofisi, AŞ və Aİ-nin Bakı ofisləri tərəfindən təkrarlanır. Məsələ ondadır ki, "Soros Fondu" və NED qismində donorlardan fərqli olaraq, bu qurumlar tərəfindən ayrılan qrantların ölkəyə girişini məhdudlaşdırmaq mümkün deyil. Çünki özəl donor fondlardan fərqli olaraq, səfirlikləri, USAID, AŞ və Aİ-nin ölkələrdəki fəaliyyətləri dövlətlərarası anlaşmalarla tənzimlənir. Fakt isə ondan ibarətdir ki, Avropa dövlətləri, eləcə ABŞ indi də inkişaf etməkdə olan ölkələrdə öz məqsədlərini həyata keçirmək üçün cəsur şəbəkələri bəsləyirlər.
Fikrimizin təsdiqi olaraq qeyd edək ki, "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. Nəticədə "Toplum TV"nin əməkdaşı Ferid İsmayilov barəsində də cinayət işi başlanılıb. Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi başlanıb. Sadalanan faktlar deməyə əsas verir ki, hələ də ölkədə xarici maliyyə qurumlarının çətiri altında fəaliyyət göstərən media subyektləri fəaliyyətdədirlər. Məqam gözləyirlər ki, Azərbaycanı nüfuzdan salamq üçün xarici havadarlarının sifarişlərini icra etsinlər. Məlum olduğu kimi bu şəbəkələr, hətta haqsız olsalar belə, bir-birilərini müdafiə etməyə məhkumdurlar. Azərbaycanın əleyhinə olan bütün informasiyaları operativ şəkildə işləyib beynəlxalq aləmin diqqətinə çatdırmalıdırlar. Əgər neqativ fakt olmasa da, uydurmalıdırlar, süni şəkildə hazırlayıb göndərməlidirlər. Elə Toplum TV-nin fəaliyyəti də Qərbin dağıdıcı siyasətinin girdabına çevrilib. Qarayaxma kampaniyasına qoşularaq Azərbaycan, Gürcüstan, Rusiya və digər ölkələrdə həyata keçirilən məkirli siyasət və təxribatların önündə gediblər. Ölkəmizə qarşı atılan çamurların məqsədi ondan ibarətdir ki, Azərbaycanın adı beynəlxalq reytinq cədvəllərində daim aşağı mərtəbələrdə göstərilməsi təmin edilsin. Nəzərə almaq lazımdır ki, ABŞ və onun məkirli qüvvələri hədəfdə olan ölkələri bu yolla daim təzyiq altında saxlamağa çalışırlar. Bu prosesdə USAİD və Samanta Pauer başda olmaqla Qərb fondlarının, hüquq-müdafiə təşkilatlarının, mediasının rolu kifayət qədər genişdir. Bu mexanizmi işlək halda saxlamaq üçün "lokal şəbəkələr"ə külli miqdarda vəsaitlər ayrılır. İnanılmaz görünsə də, faktdır ki, ayrılan vəsaitlərin həcmi milyonlarla dollar ölçülür.
Lakin, danılmaz faktdır ki, uzun illər ərzində Azərbaycanda şəbəkə vasitəsilə qarışıqlıq yaratmaq cəhdləri uğursuzluğa düçar olub. Azərbaycanın güclü dövlət olması, ölkənin təhlükəsizlik və hüquq mühafizə orqanlarının çevik fəaliyyəti ilə belə metodlarla daxili sabitliyə xələl gətirmək cəhdlərinin vaxtında aradan qaldırılmasına nail olunub. Sonda onu da qeyd edək ki, Azərbaycan xaqlının milli maraqlarına, Azərbaycan dövlətinin əleyhinə qarşı işləyən, hətta qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən belə çəkinməyən belə şəbəkələrin müəyyən edilməsi və neytrallaşdırılması dövlətin təhlükəsizlik konsepsiyasının tərkib hissəsinə çevrilməlidir.
Alim