Əgər Almaniya həqiqətən də sülh müqaviləsinin imzalanmasında səmimidirsə…-Elmir Səftərov- ÖZƏL
29 Fevral 2024 16:21 Siyasət"Bu gün Avropa İttifaqı, Almaniya, hətta Fransa bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh üçün əlindən gələni etməyə hazır olduğunu bildirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov qeyd edib:
"Digər tərəfdən isə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel və Fransa Prezidenti Emmanuel Makron Ermənistana hərbi dəstək verir və guya Azərbaycanın İrəvana hücum etməsinə görə bunu etdiyini deyirlər. Bütün bunlar Berlin danışıqlarından heç bir gözləntinin olmayacağını deməyə əsas verir. Əgər Almaniya həqiqətən də sülh müqaviləsinin imzalanmasında səmimidirsə, Azərbaycana və Ermənistana eyni dərəcədə yanaşmamalıdır, ikinciyə işğala dövründə göstərmədiyi təzyiqi səhvini düzəldərək indi etməlidir. Lakin bunun əksini görürük. Aİ-nin çətiri altında və Fransanın tövsiyələri ilə İrəvana açıq şəkildə dəstək göstərmək sülhü təmin etməyəcək. Çünki Azərbaycan Qalib dövlət kimi, Ermənistan isə kapitulyasiya aktını imzalayana ölkə kimi sülhə yanaşmalıdır. Amma görürük ki, verilən böyük dəstəklər və vədlər Ermənistanı ruhlandırır və sərfəli müqavilə üçün əl qolunu açır. Əgər Almaniya və hər hansı beynəlxalq təşkilatlar müxtəlif hüquqi meyarlara uyğun olaraq regionda təqdirəlayiq mövqelərini ortaya qoymasa (bu günə qədər qoymayıb) nəinki sülh müqaviləsi imzalanacaq, heç sabitlik də uzun sürməyəcək".