Avropa Parlamentini heç Avropa İttifaqı özü ciddi bir qurum kimi qəbul etmir-Tural İsmayılov- ÖZƏL

"Avropa Parlamenti saxtakarlığın bir formasıdır və ermənilərin daim oyuncağına çevrilmiş bir məkandır". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Burada daim Azərbaycan əleyhinə müxtlif təxribatlar həyata keçirilibdir. Bütün bu hallar onu göstərir ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə bu təxribatları davam edən fonda ölkəmizin bu təşkilatın aldığı hansısa dırnaqarası qərarlara etibar etmək və yaxud da onu ciddiyə almaq kimi bir seçimi də yoxdur. Avropa Parlamentini heç Avropa İttifaqı özü ciddi bir qurum kimi qəbul etmir. Ümumiyyətlə, bura tamamilə korrupsiya və çirkaba batmış bur təşkilatdır. Ona görə mən hesab edirəm ki, bu məsələlərdə belə bir təşkilatın atdığı addımlara çox da güvənmək və etibar etmək olmaz. Çünki, Avropa Parlamenti heç vaxt həqiqəti, ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini beynəlxalq hüquq platformasına izah edə bilməz. Ona görə də Avropa Parlamenti kimi səlibçi, neoimperialist bir təşkilat nəinki Azərbaycan, hansısa bir dövlətlə hansısa bir tonda və dildə danışa bilməz".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31