Lavrov bir daha Ermənistanın yadına saldı ki…-Ramiz Alıyev- ÖZƏL

"Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan MR-i birləşdirəcək dəhlizin açılması və eyni zamanda həmin dəhliz vasitəsi ilə yüklərin Mərkəzi Asiyadan və Çindən daşınmaqla Avropaya gətirilməsini nəzərdə tutulur. Lavrov da çox doğru vurğulayır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı qərar qəbul ediləcəksə, mütləq şəkildə Zəngəzur dəhlizi açılacaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:

"Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı ilə 2020-ci il 10 noyabr razılaşmasında Paşinyan, Putin və cənab İlham Əliyev birlikdə bəyanata imza atarkən, orda qeyd edilmişdi ki, Zəngəzur dəhlizi açılsın. Lavrov da bir daha qeyd etdi və Ermənistan tərəfinin bir daha yadına saldı ki, belə bir sənəd var və orda Paşinyanın da imzası var. Burda məsələ bundan ibarətdir ki, Lavrov qeyd edir ki, Ermənistan da razı idi ki, həmin yol məhz Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olsun. Belə olduğu halda, hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan da bununla razılaşmışdı. Lavrov daha bir açıqlamasında bildirmişdi ki, Azərbaycan Ermənistanla arasında olacaq sülh müqaviləsinin Rusiyada bağlanmasına razıdır. Ancaq Ermənistan Qərbdəki dostlarının təzyiqi ilə buna getmir. Lavrov buna da qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına və həmin dəhlizin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olmasına razı idi. Sonradan isə bəzi qərbli dostlarının təzyiqi ilə bundan imtina etdi. Çox doğru vurğulayıb. 
Əslində, Rusiya rəsmiləri son dövrlərdə Ermənistanla Rusiya arasında yaranan problemlərdən sonra doğru danışmağı, bitərəf mövqe nümayiş etdirməyi öyrəniblər. Buna məcburdular ki, bitərəf olub, doğru olanı desinlər. Bu, çox yaxşı və təqdirə layiq hadisədir. Rusiya tərəfi istəyir ki, Zəngəzur dəhlizi açılsın. Bu, Rusiyanın marağındadır. Azərbaycanda həmin yola Rusiyanın nəzarət etməsinə etiraz etmir. Azərbaycanın digər rayonlarından Naxçıvana gedəcək yüklər və nəqliyyat vasitələri gömrük yoxlanışı olmadan keçəcəkdir. Heç bir prosedurdan keçməyə ehtiyac olmayacaq. Naxçıvan Azərbaycanın bir parçası olduğuna görə, Azərbaycanın digər rayonları ilə Naxçıvan arasında bu yolun istifadə olunması normaldır. Xarici dövlətlərə gedərkən bu yoldan istifadə olunanda əlbəttə ki, gömrük rüsumlarından və xidmətindən istifadə olunacaq. 
Lavrov İranla bu məsələnin alınmasını istəmir. Zəngəzur dəhlizi vasitəsi ilə həyata keçirilməsini istəyir. Ona görə ki, əvvəla həmin yolun təhlükəsizliyinin Rusiyada olması Rusiya üçün böyük avantajdır. Sülh müqaviləsinin imzalanmasında böyük rolunun olmasını istəyir. 2020-ci ilin 10 noyabrında da Rusiya prezidenti Vladimir Putinin cənab İlham Əliyevə zəng edib xaiş etməsiylə atəşkəş olmuşdu. Bu da Rusiya üçün böyük uğur idi ki, digər ölkələrin xaişlərinə və təzyiqlərinə rəğmən cənab Prezident onları nəzərə almamış, Putinin xahişini nəzərə alaraq, sözünə güvənərək atəşkəsin elan olunmasıyla bağlı tapşırıq vermişdi. Bu da Rusiya üçün böyük avantaj yaratdı və regionda yenidən söz sahibi olduğunu Qərb ölkələrinə göstərdi. Növbəti addımda Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və müəyyən razılaşmalar Rusiyanın iştirakı ilə olsun. İranla Azərbaycanın razılaşacağı və bu yolun İran üzərindən gedəcəyi təqdirdə əlbəttə ki, orda Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməyəcək. Bu Rusiyanın avantajını azaldacaq. Buna görə də, Rusiya səylə çalışır ki, Azərbaycanla Ermənistan arasında yaranacaq sülhdə, müəyyən dəhlizin açılmasında iştirak etsin. Həm Ermənistana müəyyən təsir imkanlarının qalmasını, həm də Qərbə özünün böyük güc sahibi olduğunu göstərmək istəyir. 
Azərbaycan müstəqil, tərəfsiz siyasət yürüdür. Qərbi və ya Rusiyanı tərəf tutaraq siyasət yürütmür, öz maraqları var. Həm Qərblə, həm Rusiya ilə isti münasibətlər saxlayır. Heç bir ölkənin daxili işinə qarışmadan öz siyasətini aparır. Azərbaycanın öz müttəfiqləri, tərəfdaşları var və qonşuları ilə də mehriban qonşuluq siyasəti yürüdür. 
Ermənistan isə Qərbin, İranın, Rusiyanın müttəfiqi, tərəfdaşı olub və dəyişib. Rusiya da Ermənistanın "masalarda gəzdiyini" çox yaxşı bildiyi üçün çalışır ki, bu məsələdə diqqətli olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31