İranın dünyada kimləsə normal münasibətləri qalıbmı ki?-Tural İsmayılov- ÖZƏL

"İranın Pakistanla qarşıdurmasının mən ciddi nəticələyini düşünmürəm". Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Əvvəla, nəzərə almaq lazımdır ki, bəluc separatçılığından əziyyət çəkən qüvvələr arasında İran da Pakistan da eyni problemi yaşayır. Bir neçə il öncə Pakistanın Bəlucistan bölgəsinə səfər etmişdim, həqiqətən də orda etnik separatçılıq üzərindən Pakistan ərazilərinə qarşı müxtəlif sui-qəsdlər həyata keçirən silahlı qruplaşmaların varlığı Pakistan ictimai-siyasi sektorunu və cəmiyyətini çox ciddi narahat edən faktorlardan biri kimi yadımda qalmışdı. Bu gün də İranın bəluc separatçılığını bəhanə edib Pakistan ərazilərinə hərbi müdaxilə etməsi əlbəttə ki, qəbul edilən bir prosedur deyil. Amma istənilən halda İranın da Pakistanın da hansısa bir ortaq formada mübarizəyə və yaxud da eyni zamanda, bu separatçılığa qarşı birgə addımlara ehtiyacı olduğu halda İran bu məsələdən boyun qaçırır. Hər halda mən bu son qarşıdurmaların İran Pakistan hərbi qarşıdurma və müharibəsinə çevriləcəyini güman etmirəm. Eyni zamanda, İran nəinki Pakistanlı ümumiyyətlə, hansısa digər bir qüvvəylə müharibə edəcək potensiala və mövcudluğa malik deyil. Sadəcə olaraq İran Pakistanı bir qonşu kimi qəbul edə bilmir. Burada məsələ təkcə Pakistan faktoru deyil. İranın ümumiyyətlə, dünyada kimləsə normal münasibətləri qalıbmı ki, Pakistanla da münasibətləri yaxşı olsun. Bu baxımdan, hesab edirəm ki, İranın Pakistanla münasibətləri gərginləşdirməsi onun özü üçün böyük zərər vurur və iki ölkə arasındakı etimadı zədələyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31