Bu Azərbaycana qarşı bəhanəli qarayaxma kampaniyasıdır
18 Yanvar 2024 16:48 Siyasət"Qərb ölkələri artıq bilmir hansı bəhanələrdən, hansı müxtəlif variantlardan istifadə etsinlər ki, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirsinlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Əslində bu, gözləniləndir, çünki bəzi qüvvələr ki var, onlar Avropanın, Qərbin əlində oyuncağa çevrilib. Onları Azərbaycan dövləti müəyyən eləyib, agentura şəbəkəsini sıradan çıxartdıqca, təbii ki, həmin qüvvələr arasında da belə çaxnaşmalar, narahatlıqlar, problemlər ortaya çıxmaqdadır. Xüsusilə də onların agent şəbəkəsi sıradan çıxdıqca həmin Qərb dövlətlərinin bəziləri, xüsusən Avropa İttifaqı bu məsələdə təşkilat olaraq çox narahat olur. Çünki onun burada əlaltıları, əl-ayağı belə deyək, sıradan çıxmış olur. O baxımdan, hesab edirəm ki, indiki halda Avropa İttifaqı tərəfindən, xüsusən də onun Azərbaycandakı rəhbəri Peter Mixalko tərəfindən səslənən bu fikrin arxasında duran əsas səbəb onların əlaltılarının əllərindən çıxmasıdır və bu cür qarayaxma kampaniyaları artırmaqla Azərbaycana təzyiq etmək niyyətləridir. Yəni əsas məqsəd bundan ibarətdir hesab edirəm".