Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb

Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.

Olaylar.az-ın xəbərinə görə, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31