Fransa artıq regional dövlət səviyyəsində qarşılanır-Əli Zülfüqaroğlu- ÖZƏL

"Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi absurd qətnamə həddindən artıq qərəzlidir. Həqiqətləri özündə əks etdirmir, Azərbaycanın üzləşdiyi problemlər ermənilərin adına yazılır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib: 

"Fransa kimi tarixi soyqırım cinayətləri və müxtəlif beynəlxalq cinayətlərlə dolu olan bir dövlətdən bu cür əxlaqsız yanaşma təəccübləndirici deyil. Fransa Azərbaycana qarşı bu il də təzyiq rıçaqlarını işə salacaq. Həddindən artıq aqressiv siyasətin şahidi olacağıq. Fransa maksimum çalışacaq ki, 2024-cü ildə Ermənistan Azərbaycan münasibətləri irəliyə doğru getməsin və sülh sazişinin imzalanması mümkün olmasın. Burada məqsəd Fransanın bölgəyə soxulmaq cəhdidir. Burada varlığını yaratmağa və sürdürməyə çalışır. Bu da ilk növbədə Ermənistanın dövlət maraqlarını təhdid edən amildir. 
Təbii ki, Azərbaycan tərəfi də Fransanı cavabsız qoymayacaq. Çünki, artıq dünyanın geosiyası düzəni tamamilə fərqlidir. Əvvəlki dönəmlərdən fərqli olaraq Fransanın istədiyini etməsi, hansısa dövlətlə diqtə dilində danışması mümkünsüzdür. Fransa artıq regional dövlət səviyyəsində qarşılanır və onun qərarları, hər hansı bir dövləti təhdid etməsi ilk növbədə bumeranq effekti verir. Bu cür addımlar Fransanın getdikcə daha çox beynəlxalq aləmdə, siyasi səhnədə rüsvay olmasına gətirib çıxarır. Azərbaycanla Fransa arasında iqtisadi münasibətlərin səviyyəsi o qədər də yüksək deyil. Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi heç 1%-ə çatmır. İstənilən halda, Fransanın Azərbaycana qarşı iqtisadi sahədə hər hansı sanksiyaları bizdə problemə səbəb olmayacaq. Əksinə, Fransanın Azərbaycanda çoxsaylı şirkətləri fəaliyyət göstərir. Azərbaycan onların ölkədən çıxarılmasını həyata keçirə bilər. Burada uduzan tərəf Fransanın özü olacaq. Biz bundan sonra da dövlət başçısının dediyi kimi arxayınlaşmamalıyıq. Fransa, eyni zamanda ABŞ-nin 2024-cü ildə Azərbaycana qarşı sərt ritorikasının, eyni zamanda aqressiv addımlarının davam edəcəyini görəcəyik. Biz, bütün sahələrdə xarici təzyiqlərə qarşı birlikdə və effektiv mübarizə aparmalıyıq. Azərbaycan diplomatik korpusları ilə yanaşı, media və ictimai sektor da öz töhfəsini verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31