“Fransanın təzyiq siyasəti müsbət nəticə verməyəcək”-Deputat- ÖZƏL
18 Yanvar 2024 14:40 Siyasət"Fransa senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə onun ikili standartlarının təzahürüdür və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması deməkdir". Bunu "Olaylar"a deyən Milli Məclisin üzvü Nəsib Məhəməliyevin sözlərinə görə, Fransa hansı əsaslarla Azərbaycana qarşı sanksiya tələb edir: "Lokal anti-terror tədbirlərinin nəticələrini BMT başda olmaqla, Ermənistan qarışıq bütün dövlətlər tanıyır, Fransa yox. Bu ölkənin hökuməti, senatı, milli assambleyası təkrar-təkrar, erməni məsələsini gündəmdə saxlamaqla, ucuz alver predmetinə çevirib. Makron Fransasının apardığı irqçi, islamofob, türkəfob siyasətin nəticəsidir ki, Afrika, ölkələrindən biabırcasına qovulur. Fransa kimi keçmişi olan dövlət bir qrup erməni və ermənipərəst qüvvələrin girovuna çevrilib. Hansı addımı atırsa, iflasa uğrayır. 44 günlük müharibədə və ondan sonra BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sanksiyaların qəbul edilməsinə çalışırdı. Hətta, Qarabağdan işğalçı erməni silahlı dəstələrinin çıxarılması ilə qəbul edilmiş qətnamələrin ləğvinə cəhd edirdi. Alınmadı. Makronun təxribatları beynəlxalq birlik tərəfindən dəstəklənmədi. Prezident İlham Əliyevin dəqiqliklə apardığı siyasət nəticəsində Makron vasitəçilik missiyasından da kənarda qaldı".
Millət vəkilinin sözlərinə görə, Fransanın təzyiq siyasəti müsbət nəticə verməyəcək: "Əksinə, iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr minimuma endiriləcək. Azərbaycandakı fransız şirkətlərinin fəaliyyəti məhdudlaşdlrıla bilər. Azərbaycan dövlət sifarişi ilə əlaqəli iqtisadi layihələrə fransa şirkətləri buraxılmayacaq. Aktivləri dondurula bilər. Beynəlxalq müstəvidə, müxtəlif dövrlərdə Əlcəzairdə, Ruandada, Vetnamda, Cibutidə, Malidə, Nigerdə törətdikləri qətliamlara görə, Fransaya qarşı sanksiyaların qəbul edilməsi və kompensasiya tələb oluna bilər.
Azərbaycan, hərtərəfli inkişaf etmiş, güclü ölkədir. Biz Milli Məclisin Beynəlxalq Münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq, Fransa senatının qətnaməsinə adekvat olaraq, Bəyanat qəbul etmişik. Düşünürəm ki, hökumətin müvafiq strukturları tərəfindən, Fransanın ölkəmizə yönəlik düşmənçilik siyasətinə qarşı təsirli tədbirlər görüləcəkdir".