Qərb, Avropa bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Yanvar 2024 16:44 SiyasətYanvarın 17-dən Avropa Birliyinin (AB) Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir. AB-nin Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Keşişkənd Martuni və Karvansaraydakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir.
Mövu ilə bağlı fikir bildirən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Avropa Birliyinin müşahidə missiyasının Ermənistanın sərhədyanı ərazilərinə göndərdiyi 1500 patrul əsasən, fransızlardan, biraz da almanlardan ibarətdir və onlar 6 əməliyyat mərkəzində yığışırlar, vəziyyəti ordan idarə edəcəklər:

"Bundan əlavə, Fransa Ermənistanı silahlandırır. Ermənistan müharibə bitəndən sonra Hindistandan 260 milyon dollarlıq silah-sursat aldı. Bu günlərdə onların parlamentində müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan bildirib ki, artıq Rusiyadan silahlar gəlib. Bu silahlar 2021-ci ildə Rusiya ilə Ermənistan arasında bağlanmış müqaviləyə əsasən alınan silahlardır. Həmin silahları Rusiya müqavilə dönəmində verə bilməmişdi çünki, özündə müharibə gedir. İndi isə Ermənistanı itirməmək üçün o silahları Ermənistana göndərib, halbuki Rusiyanın özünün silaha böyük ehtiyacı var. Çatışmayan silahları İrandan və Şimalı Koreyadan alır. Bütün bunlar hamısı vəziyyəti gərginləşdirməyə, yeni müharibə gərginliyi yaratmağa səbəb ola bilər. Bu da sülh müqaviləsinin bağlanmasını yubadır. Paşinyan gündə bir ritorika, bəyanatla çıxış edir. Gah Azərbaycanın onların ərazisini işğal etdiyini, gah Azərbaycanın silahlanıb Ermənistana hücum edəcəyi haqqında bəyanatlar verir. Bu gün də əlavə bəyanət verərək bildirib ki, Ermənistan və Azərbaycanın silahlarına nəzarət yaradılsın. Belə bir sərsəm ideya ilə çıxış edir. Digər tərəfdən də silahlanır. Təbii ki, bunlar hamısı sülhə mane olur. Sülhə maneçilik yaradanlardan əsas Fransa, Rusiyanın bəzi hərbi-siyasi dairələridir ki, sülh müqaviləsi bağlanmasın. Fransa Ermənistana soxulmaq istəyir, bu da alınan məsələ deyil. Çünki, Azərbaycan buna imkan verməyəcək".
Siyasi şərhçi Azad Məsiyev bildirib ki, 44 günlük müharibə Qərbin Cənubi Qafqazdakı planlarını pozdu:
"Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri Paşinyanın üzərindən Cənubi Qafqaza girmək, onu öz təsirinə salaraq Rusiyanın cənub cinahını bağlamaq istəyirdilər. 44 savaşda Azərbaycan həm de-fakto, həm də de-yure suverenliyini bərpa etdi. Cənubi Qafqazda aparıcı dövlət olaraq böyük proyektlərin həyata keçirilməsi bilavasitə Azərbaycanla razılaşdırılmalıdır. Bu yaxınlarda Azərbaycan prezidenti Azərbaycan televiziyası jurnalistləri ilə müsahibəsi zamanı qeyd etdi ki, işğal olunmuş torpaqlarımızı işğalçılardan azad etdikdən sonra böyük qüvvələrin slaylarını tərpətdik. Bu onu göstərir ki, Cənubi Qafqazda Qərb dairələrinin planları pozuldu. Qərb yenidən başda ABŞ olmaqla Cənubi Qafqaza girmək üçün Paşinyanın əlini gücləndirmək istəyirlər. Paşinyanı siyasi, iqtisadi, hərbi cəhətdən gücləndirirlər.

Qərbin şərti sərhədə göndərdiyi müşahidəçilər də təsadüfi deyil. Bu müşahidəçilər Azərbaycanla Ermənistan arasında süni provakasiya edərək atəşkəsi pozacaqlar. Qərbdən gələn nümayəndələr həmin faktı sənədləşdirərək beynəlxalq təşkilatlara göndərəcəklər. Həmin sənəd beynəlxalq təşkilatların əlində bir əsas olacaq. Artıq Qərb bütün vasitələrdən istifadə edərək Azərbaycana təzyiq edir. Əgər Qərb Ermənistanla Azərbaycan arasında sülh sazişinin olmasını istəyirdisə, bu zaman Ermənistanı silahlandırmamalı, sülhə məcbur etməli idi. Ona görə ki, bu gün Ermənistanla Azərbaycan arasıda sülh sazişi beynəlxalq hüquq prinsiplərinə və siyasi reallıqlara uyğun imzalanarsa, bu zaman erməni ictimaiəti Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilər. Qərb bunu istəmir. Paşinyan hakimiyyətdən uzaqlaşdırılarsa, Cənubi Qafqazdakı proyektlərini Paşinyan üzərindən həyata keçirə bilməz. Artıq Paşinyana açıq şəkildə təzyiq olunur. Sülh danışıqları zamanı Ermənistan rəhbərliyindən müxtəlif çağırışlar gəlir. Bu da Qərbdən aldığı təlimat əsasındadır. Gah şərti sərhəddə "güzgü" prinsipi ilə hərbi qüvvələri geri çağırmaq kimi avantürist bəyanatlarla çıxış edirlər, gah sülh danışıqlarının Avropa müstəvisidə, yəni Brüssel formatında aparılmasını təklif edirlər. Yəni Ermənistan bu gün bütün sülh danışıqlarından uzaqlaşmaq üçün müxtəlif bəhanələrlə çıxışlar edir. Təbii ki, onların verdiyi təkliflər Azərbaycanın maraqlarına uyğun deyil. Bu baxımdan Paşinyanın belə çağırışları təsadüfi deyil. O, Qərbin əlində bir alət, maşadır. Cənubi Qafqazda stabilliyi pozmaq üçün Qərb bu maşadan istifadə edir.
Ümumilikdə, Cənubi Qafqazda bir gərginlik yaranır. Qərb koalisiyası Ermənistan üzərindən Azərbaycana qarşı düşmənçilik aparır, hücuma keçir. Qərb çalışır ki, Ermənistanla Azərbaycan arasında təxribat törətsin və yenidən münaqişə yaransın. Bu münaqişənin də fonunda Azərbaycana beynəlxalq təzyiqlər tətbiq etsin. Hesab edirəm ki, Qərbin və Ermənistanın bu cürə provakasiyaları bizim üçün əsas ola bilməz. Azərbaycan beynəlxalq hüquq prinsiplərinə uyğun addım atır. Əgər Ermənistan bu prinsiplərə uyğun qonşuluq münasibərinə və dinc yaşamaq prinsipinə əməl etməyəcəksə, yenə cəzalana bilər.
Bu gün Qərb, Avropa bəşəriyyət üçün təhlükə mənbəyidir. Bildiyiniz kimi, Avropada I Dünya Müharibəsi, II Dünya Müharibəsi, hazırda faktiki Ukrayna ərazisində III Dünya Müharibəsi gedir. Avropa bu müharibələri yaratmaqla 10 milyonlarla insanın ölümünə bais olub. Hazırda Ukrayna münaqişəsi getdikcə uzanmaqdadır və münaqişənin belə davam etməsi nüvə silahının işə düşməsi ilə yekunkaşa bilər. Avropa, onun apardığı siyasər bəşəriyyət üçün təhlükədir. Avropanın haqsız siyasətinin bariz nümunəsi də Azərbaycana qarşı qərəzli mövqeyində özünü göstərir. Təbiidir ki, Azərbaycan regionda aparıcı dövlətdir. Azərbaycan regional gücdən qlobal gücə çevrilməlidir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı fonunda Turan İttifaqının yaranması zəruridir.
Təsadüfi demədim ki, Avropa bəşəriyyət üçün təhlükəlidir. Bu gün Avropa dünyada yaratdığı ədalətsiz siyasət nəticəsində dünyanın bir çox bölgələrində, Yaxın Şərqdə, Cənubi Ukraynada, Cənubi Qafqazda qaynar ocaqlar yaranır. Ümumilikdə Avropa sivilizasiyasının dünya mövqeyində düzgün olmayan siyasəti bir çox xalqlara baha başa gəlib. Dünyada ədalətin bərqərar olunması üçün mütləq şəkildə Turan İttifaqının yaranmasına ehtiyac var. Turan İttifaqının yaranmasında Azarbaycan və Türkiyə əsas sütünlardır. Biz millət, bir ittifaq halına gəlməliyik. Turan İttifaqı yaradılarsa, həm beynəlxalq aləmdə söz sahibi, həm də beynəlxalq aləmdə pozulan ədalətin bərqərar olunmasında aparıcı dövlət ola bilərik. Artıq tarixin zəruriyyətindən meydana gələcək olan Turan sivilizasiyası bəşəriyyət üçün faydalı ola bilər".
Siyasi şərhçi Ramiz Alıyevin fikirlərinə görə, Avropa Birliyi həqiqətən istəyirsə ki, regionda sülh və sabitlik olsun, münaqişə həll olunsun, bu addımı atmamalı idi:

"Avropa Birliyi yaxşı olardı ki, münaqişənin həlli yolunda addımlar atsın. Öz patrul xidmətini ora göndərməklə münaqişənin daha da qızışmasına və sülh yolu ilə həll olunmasına əngəl yaradır. Avropa Birliyi hələ də təəssüflər olsun ki, Fransanın nəzarətindədir və onun qoyduğu qaydalara, tapşırıqlara əməl edir. Buna görə də, Avropa Birliyini biz sözdə bu cür adlandıra bilərik. Reallıqda biz onu "Fransa Birliyi" adlandıraq. Çünki, Fransanın tapşırıqlarını, göstərişlərini yerinə yetirən bir beynəlxalq təşkilat elə Fransanın birliyi sayılmalıdır. Azərbaycan hər dəfə öz çıxışlarında və görüşlərində qeyd edib ki, bu münaqişənin həll olması və sülh müqaviləsinin imzalanması 2 ölkə arasında baş verməlidir və münasibətlər öz həllini tapmalıdır. Bu gün bu cür qərarın verilməsi əslində Ermənistanda revanşizmin baş qaldırmasına təhrik və dəstəkdir. Bu da iki ölkə arasında sülh sazişinin imzalanmasına əngəldir. Azərbaycan üçün heç bir fərqi yoxdur. İstər Avropa Birliyinin, BMT-nin, ya da başqa hansısa beynəlxalq təşkilatın ya dövlətin patrul xidmətini həyata keçirən əsgərləri gəlsin. Əgər Ermənistan nə zamansa Azərbaycanın ərazisinə hansısa müdaxilə etməyə cəhd göstərəcəksə, Azərbaycanın "Dəmir Yumruq"unu görəcəkdir və Azərbaycan yenidən Ermənistan ordusunun məhvinə yönəlik addımlar atacaqdır. Onda nə Avropa Birliyinin 1500 əsgəri, nə də ki digər hansısa beynəlxalq təşkilat, ölkələr ona kömək edə bilməyəcək. Avropa birliyində təmsil olunan bəzi Fransanın nəzarətində olan və qorxusundan addım ata bilməyən dövlətlər bu gün Cənubi Qafqazda münaqişənin həllini və sülhün bərqərar olunmasını istəmirlər. Buna görə də belə addımlar atırlar. Sözdə biz sülhü, münaqişənin həllini istəyirik deyən Avropa Birliyi əməldə münaqişəni daha da alovlandırır".
Qiymət Mahir