Azərbaycan beynəlxalq hesabatlarda ən islahatçı ölkələr sırasında qərarlaşıb- ÖZƏL
18 Yanvar 2024 13:45 Siyasət"Azərbaycanın son 20 ildə qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün bütün zəruri addımları atan, hər bir sahənin inkişafını təmin edən Dövlət Proqramlarını təsdiqləməklə yanaşı, uğurlu icrasını diqqətdə saxlayan cənab İlham Əliyev bütün çıxışlarında bu hədəfi açıqlayır ki, vətəndaş məmnunluğunun artırılması həyata keçirilən siyasətin əsasıdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Nurlan Həsənov deyib: "Prezident kimi fəaliyyətə başladığı ilk gündən səsləndirdiyi "Neft kapitalını insan kapitalına çevirək!" tezisi bu məqsədə xidmət edir. Dövlət başçısı ilk gündən iqtisadiyyatın inkşafını və bunun əsasında sosial müdafiənin gücləndirilməsini prioritet məsələ kimi öndə saxladı. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşması da həyata keçirilən təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Azərbaycan yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi imkanların təqdimatında öz sözünü deyir".