Senatın qətnaməsi istifadəsiz, cırılıb atılmış kağız parçasıdır- ÖZƏL
18 Yanvar 2024 12:28 Siyasət"Fransa senatının Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran və Ermənistan mediasında haqqında sevincək məlumat verilən qətnaməni qəbul etməsi bir daha göstərir: Fransa Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir; təcavüzkarı, terroru, terrorçuları himayə və terrorçuluğu təşviq edir; separatçılığı qızışdırır; beynəlxalq hüququ ayaqlar altına atıb; haqq-ədalətdən danışmağa haqqı olmayan, varsa da sonuncu ölkədir; Ermənistan ərazisində hərbi baza qurub Rusiyanı buradan sıxışdırıb çıxarmaq istəyir və sair. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, Senatın qətnaməsi istifadəsiz, cırılıb atılmış kağız parçasıdır: "Bu yollarla Azərbaycana təzyiq edəcəklərini düşünənlər yanılırlar. İtirən Fransa olar. Biz Fransasız yaşaya bilərik, ona ehtiyacımız yoxdur. Fransa isə oturub fikirləşməlidir. Əgər düşünməyə başı varsa..."