Fransa İrəvanı yeni münaqişəyə təhrik edir- ÖZƏL
18 Yanvar 2024 11:58 Siyasət"Fransa senatı ilk dəfə deyil ki, Azərbaycana qarşı qərar qəbul edir. Bu qərarların Azərbaycan üçün ciddi bir əhəmiyyəti olmayıb, indi də yoxdur. Olmayacaq da". "Olaylar" xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib: "Keçən dəfə Fransa Senatinda Azərbaycana qarşı qəbul edilən son qərarından sonra Xankəndi yolunda aksiyaya başladıq, Laçın sərhəd keçid məntəqəsini qurduq və Qarabağdan erməni seperatizmini silib - süpürüb tarixin zibilliyinə atdıq. İndi isə abırsız senat bizə qarşı yeni qərar qəbul edib. Ermənistanın adını çəkmədiyi məsələləri gündəmə gətirənlər İrəvanın başını yenə bəlaya salacaqlar. Olan ermənilərə olacaq. Qərar qəbul edənlərin yaxınları erməni hərbcilərlə bərabər Azərbaycan Ordusuna qarşı heç zaman savasmayib. Fransanin qaza gətirdiyi İrəvan gənclərini müharibəyə göndərməklə nəinki heç nə əldə etməyib, əksinə hər şeyini - şəxsi heyətini, nəzarət etdiyi əraziləri, texnikalarını, mənliyini, kimliyini, maliyyə dəstəyini, və s. itirib. İndi isə Fransa İrəvanı yeni münaqişəyə təhrik edir. Görünür Parisdəki başıboş senatorlar baş verən hadisələrin xronologiyasinı izləməkdə və mümkün gələcək ssenariləri proqnozlaşdırmaqda çətinlik çəkir".