Bu adamlar niyə siyasətdə mövcuddurlar? - Tural İsmayılov - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Ümumiyyətlə, radikal müxalifət cəbhəsinin mövcudluqları üçün heç bir əsas, ictimai dayaq yoxdur. " 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a  açıqlamasında bildirib:

"AXCP, Müsavat və bu tip qüvvələr demək olar ki, siyasi səhnədən çəkilmiş vəziyyətdə olduqlarını etiraf etmək yerinə bu tip gülməli addımlar atırlar. Birincisi, əgər bir siyasi partiya ölkədə keçirilən hansısa seçki və yaxud da növbədənkənar seçkilərdə iştirak etmirsə, deməli, o partiya artıq süqutun və iflasın ərəfəsindədir. Digər tərəfdən bir tək Azərbaycanın radikal müxalifət çevrələri o siyasi yetkinliyi və etikanı özlərində görmədilər ki, cənab Prezidentin qazandığı böyük zəfərdən sonra da hələ də hansısa bir formada hakimiyyət əleyhinə ritorikaya yiyələnirlər. Faktiki olaraq, bir əsrdən çoxdur, SSRİ dönəmlərinə sirayət etmiş Xankəndi ətrafındakı etnik separatçılığı məhv edən və bu prosesdən sonra ölkəmizə qarşı həyata keçirilən bütün diplomatik hücumlarda Azərbaycan dövlətini daim hücumlardan  qoruyan cənab Prezident İlham Əliyevdir. Belə bir şans yaranıb ki, Prezident müstəsna hüququndan istifadə edərək gələn il üçün növbədənkənar prezident seçkiləri ilə bağlı sərəncam imzalayıb. Hamıya bəllidir ki, belə bir qələbədən sonra İlham Əliyevin reytinqi və əlbəttə ki, bu seçkidə şəriksiz qələbəsi mütləqdir. Amma digər bir tərəfdən ilk dəfə ölkəmizdə tarixi ərazi bütövlüyü kontekstində seçkilər keçirilir. Özlərinə radikal müxalifət deyən AXCP, Müsavat cütlüyü Xankəndidə, Qarabağda keçiriləcək  bu tarixi seçki proseslərindən kənarda dururlar. Onda bu adamlar niyə siyasətdə mövcuddurlar? Hətta Türkiyədə CHP sədri Kemal Kılıçdaroğlunun sədrlikdən getməsi belə bu adamlara təsir göstərmədi. Əli Kərimli artıq blogger və YouTuber kimi fəaliyyət göstərərək, seçkilərə qatılmayaraq, ümumiyyətlə, Azərbaycanın siyasi səhnəsində ömrünün bitdiyini növbəti dəfə dərk etmir və yaxud da dərk edir, sadəcə olaraq bu işi, artıq bir qazanc mənbəyinə çevirib. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31