Ermənistanda "Artsax oyunları" sülh müqaviləsinin bağlanmasının üstündən xətt çəkə bilər- ÖZƏL
25 Dekabr 2023 13:58 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ermənistanda keçmiş Qarabağ separatçıların rəhbəri Samvel Şahramanayan "Artsaxın" buraxılması barədə 27 sentyabrda imzaladığı sərəncamı ləğv etdiyini vurğulayıb. Anti-terror tədbirlərindən sonra sentyabrda qərar qəbul olunub və ermənilər Qarabağdan köçüb. Proses bitib və bundan sonrakı addımlar Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər". "Olaylar"ın məlumatına görə, bunu MCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib: "İlk növbədə Azərbaycan ərazisində separatizm və qondarma qurum qanunsuz idi. Azərbaycan ərazisində fəaliyyət göstərdiyi bir zamanda nə beynəlxalq birlik tərəfindən, nə də Ermənistan tərəfindən tanınmadı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bundan sonra Ermənistanda hərhnası bir "Artsax" oyunları heç bir nəticəsi olmayan bir proses olar. Bu, ermənilərin özlərinə ziyan vuran bilər. Hazırda Ermənistanın silahlanmasının regiona mənfi təsir edəcəyini qeyd edən Azərbaycan tərəfnin nə qədər haqlı olduğu ortaya çıxır. Çünki, yeniden separatizm, işğal və revanşizm Ermənistanda qalmaqdadır.
Qeyd edim ki, Ermənistan hakimiyyəti Qarabağdan gedən bir qrup separatçıların hərhnası bir institut və struktunun fəaliyyətinə icazə verməyəcəyini qeyd edir.Hətta maliyyə ayırmasını dayandırıb. Ötən həftə Samvel Şahramanyanın ortaya çıxması, Rusiya prezidenti Vladirmir Putinin Rusiya Qarabağdan imtina etmədi, Ermənistan imtina etdi açıqlamasından sonra baş verdi. Ermənistanda beş üç nəfərdən ibarət olan qrup Mosvaya arxayın olub, ortaya çıxması N. Paşinyanın hakimiyyətinin əleyinədir. Birinci, Ermənistan Baş nazirinin sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığını. İkinci, Azərbaycana qarşı revanşizm siyasətinə malik olduğu. Üçüncü, Ermənistanın silahlanmanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını göstərəcək.
Ermənistan prezidenti və parlamentinin sədri, hakim "Mülki Müqvilə partiyasının" depudatlarının "artsax" adında hərhnası bir sturuktur və institunun ölkə ərazində fəaliyyətlətinə icazə verilməyəcəyini qeyd ediblər. Belə olan təqdirdə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı "artsax" oyunları sülh müqaviləsinin imzalanmamasına gətirə bilər.
Ümumiyyətlə, Ermənistan hakimiyyəti qanunla ölkə ərazisində "artsax oyunlarını" qadağan etməlidir. Azərbaycan bunu sülh müqaviləsinin bəndinə salınmasını Ermənistandan tələb etməlidir. Bundan əlavə, Ermənistanda separatçı mühütin ortaya çıxması, Azərbaycana əlavə kartblanş verir ki, ermənilərin yenidən Qarabağa qayıtması ilə yenidən separatizm baş qaldıra bilər. Azərbaycan bununla bağlı Ermənistanda baş qaldıran separatçıların fəaliyyəti barədə ABŞ və Avropa İttifaqını məlumatlandırmalıdır".