Radikal müxalifət Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir- ÖZƏL
25 Dekabr 2023 13:11 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycanda müxalifətin acınacaqlı imici və vəziyyəti ortaya çıxır. Yəni, radikal müxalifətin rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayırlar". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə, onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır: "Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət institutuna bu prinsiplər yaddır. Məhz, bu konteksdə radikal müxalifət dövlətçilik, etatizm ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir".