Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
25 Dekabr 2023 15:26 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Xahiş edirəm doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Gözəl diplomat, ən yüksək daxili mədəniyyətə, parlaq istedada malik bir şəxsiyyət kimi Siz mühüm layihələr həyata keçirirsiniz. Sizin böyük enerjiniz var və bir çox sahələrdə aktiv fəaliyyət göstərir, doğma ölkənizin inkişafına mühüm töhfə verirsiniz.
Sizin daimi dəstəyiniz və diqqətinizlə əhatə olunmuş Azərbaycan Respublikasının mədəni proqramları bir rəssam kimi mənim üçün xüsusilə yaxındır.
Rusiya Rəssamlıq Akademiyasının üzvlərinin aktual rəssamlıq layihələrinə və beynəlxalq fəaliyyətinə diqqətinizə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi üzrə birgə layihələrə dəstəyinizə görə Sizə minnətdaram.
Sizinlə və əziz, unudulmaz atanız Heydər Əliyevlə mənim üçün xoşbəxt olan ünsiyyət dəqiqələrini və görüşlərimizin bənzərsiz ab-havasını daim xatırlayıram.
Möhtərəm İlham Heydər oğlu, Sizə dərin ehtiramımı bildirmək, fəaliyyətinizdə daimi uğurlar, özünüzə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam".
*****
"TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az-ın məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.
İcazə verin, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı bildirim, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dinamik inkişaf yolu ilə irəliləyir, bütün sahələrdə böyük uğurlar qazanır və ardıcıl surətdə dünyada öz nüfuzunu möhkəmləndirir. Sürətlə inkişaf edən və daim böyük nailiyyətlər qazanan Azərbaycan digər dövlətlərlə uğurlu qarşılıqlı əlaqələr üçün əlverişli mühitə malikdir və bununla beynəlxalq aləmdə imicini qoruyub saxlayır. "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənizin iqtisadi, sosial tərəqqisi və nəqliyyat sənayesinin əsas rol oynadığı əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının "TRACECA"nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram".