Deputat çağırış etdi: “Heç kimə aldanmayın” - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Dələduzluq çox artıb. Vətəndaşları ayıq olmağa və ən yaxın adamlarına belə inanmamağa dəvət edirəm. Əziz dostlar, köhnə dövr bitib. İndi rüşvətlə demək olar ki, nə pensiya, nə də əlillik almaq mümkündür. Kimlər sizə​ "rüşvət müqabilində pensiya, əlillik düzələcəyik deyirsə" inanmayın". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Razi Nurulayev deyi: "Ola bilsin ki, hansısa səviyyədə bir-iki hal olsun, amma bunlar da təsadüf ola bilər. Dörd ildir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə işləyirəm və narazılığım da çoxdur və səbəbini də hər zaman açıq deyirəm. Amma, bilin ki, orada rüşvət müqabilində pensiya, əlillik və işə düzəltmə hallarına rast gəlməmişəm. Heç kimə aldanmayın. Ailənizin, özünüzün boğazınızdan kəsib dələduzlara yedirtməyin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31