Azərbaycanla Özbəkistan arasında vizasız gediş-gəliş haqqında Sazişin Protokolu təsdiqlənib
25 Dekabr 2023 12:12 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Prezident İlham Əliyev "18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi barədə qanunu imzalayıb.
Olaylar.az xəbər verir ki, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış "18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31