Mərakeşlə imzalanmış energetika sazişi təsdiqləndi - FƏRMAN

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Olaylar.az xəbər verir ki, fərmana əsasən, 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.

Bu fərmanda göstərilən saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31