Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib
25 Dekabr 2023 11:54 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
25 dekabr tarixində Azərbaycan Koopersiya Universitetində Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib.
Olaylar.az xəbər verir ki, ümumi yığıncaq idarə heyətinin sədri və üzvlərinin, təşkilatın aparat əməkdaşlarının, Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətlərinin, həmçinin ölkəmizin tanınmış alimlərinin, ziyalılarının və gənclərin iştirakı ilə keçirilib.
Girişi şuranın sədri, millət vəkili, professor Eldar Quliyev açıb.
O öz çıxışında şuranın carimildəki fəaliyyətindən danışıb.
Sədr vurğulayıb ki, 35 min üzvü olan şura bu gün Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini zərurət hesab edir.
Ümumi yığıncaqda, həmçinin, Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Sonra tədbirdə Şuranın müavinləri və başqaları çıxış edərək bildiriblər ki təşkilatın hər bir üzvü qüdrətli, müasir, güclü Liderin- İlham Əliyevin uğurlu yolunun davam edtdirilməsini dəstəkləyir.
