Xalqa arxalanan siyasət uğurlarımızın başlıca qayəsini təşkil edir- ÖZƏL
25 Dekabr 2023 11:45 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Azərbaycan Respubliķasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük" şüarı xalqı uğura aparan başlıca amildir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və digər çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq onu qələbədən qələbəyə çatdırır". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Cəbrayıl rayon təşkilatının üzvü Nəzakət Səfərlinin sözlərinə görə, yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti uğurlarımızın başlıca qayəsini təşkil edir: "Vətən müharibəsi başlananda siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. Azərbaycan xalqı öz dövlət başçısına, Ali Baş Komandanına inanır və onun ətrafında getdikcə daha sıx birləşir. Qarabağ Zəfərimiz, bu yolda aparılan ardıcıl, məqsədyönlü siyasət, bütün bu deyilənlərin bariz nümunəsidir".