Ağdam yaxın gələcəkdə Avropadakı əyalət mərkəzlərindən heç nə ilə fərqlənməyəcək- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Prezident İlham Əliyevin öz doğum günündə etdiyi açılışlar və təməlqoymalar onu göstərir ki, hay vandallarının "Qafqazın Xirosiması"na çevirdikləri Ağdam yaxın gələcəkdə infrastruktur və funksionallıq baxımından Avropadakı aparıcı ölkələrin əyalət mərkəzlərindən heç nə ilə fərqlənməyəcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, onlardan bəlkə də daha  gözəl olacaq: "Avropanın əyalət mərkəzlərini görənlər isə bilirlər ki, oralarda yaşamaq paytaxtlardakından həm rahat, həm də əlverişlidir. Mən hətta Azərbaycanın bir-iki böyük ali təhsil müəssisəsinin gələcəkdə Bakıdan Ağdama köçürülə biləcəyini də istisna etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31