Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi inkişaf etmiş ölkələr üçün nümunə göstərilir- ÖZƏL

"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir: "Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ölkəmizin sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsi isə həyata keçirilən səmərəli daxili və xarici siyasıtin real nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Xüsusilə də, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malik olmaları təqdirəlayiq hal kimi dəyərləndirilir. 
Bunlarla yanaşı, milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsi və dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınması Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində mümkün olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31