Azərbaycan səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu qınayıb

İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial media hesabında bildirib.

"Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq!" -deyə qeyd edilib.

Qeyd edək ki, İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31