Nursultan Nazarbayev Prezident İlham Əliyevə məktub ünvanlayıb
22 Dekabr 2023 20:27 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Olaylar.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar diləyir, xalqınızın isə Sizin rəhbərliyinizlə gələcəkdə də xoşməramlı məqsədlərə nail olmasını arzu edirəm.
Əminəm ki, aramızdakı qarşılıqlı hörmət bundan sonra da davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə ailə səadəti, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə firavanlıq və rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31