Məhkəmənin işinə qarışmaq olmaz - Elşad Həsənov - ÖZƏL
22 Dekabr 2023 20:04 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Avropa İttifaqı son zamanlar Azərbaycana qarşı qarayaxma kompaniyasına başlayıb. Avropa İttifaqında siyasət məsələlərinə əsasən Fransa rəhbərlik edir. Fransa da artıq 44 günlük müharibədən sonra birtərəfli olaraq Ermənistanın tərəfini saxlayır, ona böyük bacılıq edir."
![]()
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib:
"Fransanın prezidenti Makron beynəlxalq tribunalardan Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır. Azərbaycanın ölkədaxili apardığı antiterror tədbirlərinə başqa siyasi don geyindirməyə çalışır və Azərbaycanı beynəlxalq tədbirlərdə qeyri-qanuni düz olmayan informasiyalarla ləkələməyə çalışır. Bunlar heç biri nəticə vermir. Çünki, Azərbaycan düz mövqedədir. Öz mövqesini, ərazisini təmin edib. BMT-nin 4 məlum qətnaməsini Azərbaycan özü yerinə yetirdi. 44 günlük müharibədən sonra bağlanmış üçtərəfli bəyanatın da 4-cü bəndini özü yerinə yetirdi, yəni Azərbaycanda olan qeyri-qanuni silahlı dəstələri çıxartdı. Bununla da məsələləri həll etdi. Ermənilər Qarabağdan köçüb gedəndən sonra Qərb Azərbaycana qarşı daha aqressiv formada qarayaxma kmpaniyasına başlayıb. İndi bizdə cinayət üstündə tutulmuş jurnalistlər müvafiq orqanlar tərəfindən həbs edilib. Onlar bunu əllərində bayraq edərək Azərbaycanı əsassız olaraq ittiham edirlər. Onların əsas məqsədi Azərbaycana qara yaxmaq, əlinə düşən imkan daxilində tənqid edib, gözdən salmaqdır. Bunun son dövrlərdə artmasını görürük. Biz artıq öz ərazilərimizdə erməni silahlı birləşmələrini ləğv edəndən sonra yaradıcılıq, quruculuq işləri aparırıq. Dünən Xankəndidə futbol yarışı keçirildi. Azərbaycan prezidenti qeyd etdi ki, biz əzəli torpaqlarımıza qayıtmışıq. Həmin Xankəndidə bizə qarşı erməni faşistləri planlar qururdular. Əzəli, ədəbi torpağımız olan Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Bunların heç biri olmadı, çünki bu torpaqlar Azərbaycan torpağıdır. Bundan sonra da biz bu torpaqlar da ömrü boyu yaşayacağıq. Xankəndidə, Şuşada, Xocavənd, Əsgəran da, erməni işğalından azad olunmuş torpaqlarımızda yaradıcılıq, quruculuq işləri aparırıq. Bunu Avropa İttifaqının üzvü olan dövlətlərin çoxunun gözü götürmür. Ona görə də, Azərbaycana qarşı qara yaxırlar. Həmin tutulan jurnalistlərin cinayətləri məhkəmə araşdırmasında ola bilsin, sübut olundu, ya olunmadı. Bunlar Ədalət Məhkəməsinin işidir, onların qarışmağa heç bir səlahiyyəti yoxdur. Özünü demokratik ölkə adlandıran Avropa İttifaqının üzvü bu işlərə qarışıb, təsir etmək istəyirlər. Məhkəmənin işinə qarışmaq olmaz, məhkəmə öz hökmünü oxuyandan sonra biz bilərik ki, nə olub, hansı cinayət əməlləri törədilib. Onların bu "canfəşanlığı" məhz Azərbaycana qarşı Aİ-nin, xüsusilə Fransanın idarə olunan antiazərbaycan çağırışlarıdır.