Ölkəmizin güc faktoruna çevrilməsi prosesi məhz Prezident İlham Əliyevin dövründə baş verib - Tural İsmayılov - ÖZƏL
22 Dekabr 2023 19:48 SiyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Əlbəttə ki, bu gün Prezident İlham Əliyevin uğurları göz önündədir. "
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Əslində Vitali Arkov bir çox xarici siyasi ekspert kimi reallıqları ehtiva edən fikirlər söyləyib. Çünki, nəzərə almaq lazımdır ki, İlham Əliyevin liderliyi dövründə Azərbaycan təkcə antiterror tədbirləri keçirərək, tarixi bir əsrdən də çox dövrü əhatə edən etnik separatçılıq sindromunu aradan qaldırmayıb, eyni zamanda, məhz onun rəhbərliyi dövründə Azərbaycan çox önəmli logistika və kommunikasiya mərkəzlərindən biri halına gəlib, Azərbaycan "Qoşulmama Hərəkatı" kimi önəmli bir təşkilata çox uğurlu sədrlik edib. Bununla yanaşı, BMT-nin nəzdində dünya səviyyəli bir çox qərarların alınmağında kilid rollardan birini oynamışdır. Həmçinin, bu gün Azərbaycan təkcə ənənəvi enerji məhsulları deyil, həm də alternativ enerji məhsulları üzrə dünya bazarının önəmli oyunçularından biridir. Bu baxımdan, Azərbaycanın bu mövqeləri dünya səviyyəsində çox ciddi qəbul edilir, Azərbaycanın mövqelərinə etibar edilir və həmçinin ölkəmizin güc faktoruna çevrilməsi prosesi məhz Prezident İlham Əliyevin dövründə baş verib. Bu gün İlham Əliyevin siyasi xətti əlbəttə dünyanın bir çox ölkələri üçün mühüm rol oynaya bilər. Həmçinin nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Prezidenti məhz dünyanı dəyişən vacib yeni siyasi transformasiyaların əsas memarı qismində çıxış edir. Qlobal pandemiyadan sonra dünyanın bir çox fəlakətlər qarşısında aciz qaldığı dövrdə Azərbaycan həm post-pandemiya dövrünün çətin iqtisadi-siyasi, psixoloji bariyerini aradan qaldırdı, həm də çox böyük uğurlara imza atdı ki, bu da birbaşa Prezidentin adı ilə bağlıdır. "