İrəvan KTMT baş katibinin gətirdiyi sənədləri imzalayıb-imzalamayacağına hələ cavab verməyib
22 Dekabr 2023 16:50 Siyasətİrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqabetovun özü ilə İrəvana gətirdiyi sənədləri imzalayıb-imzalamayacağına hələlik cavab verməyib.
Olaylar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya deyib.
Qeyd edək ki, KTMT baş katibi İmanqali Tasmaqabetov dekabrın 21-də İrəvana səfər edib. Tasmaqabetov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə nəqliyyat və iqtisadi əlaqələrin inkişafı üzrə layihələr və "Sülh Kəsişməsi" layihəsi müzakirə olunub.
KTMT baş katibi Minsk sammitində qəbul olunan sənədlər paketini təqdim edib. Ermənistan nümayəndə heyəti görüşdə iştirak etmədiyindən sənədlərdə Ermənistan tərəfinin imzası yoxdur.