Aİ Azərbaycanın beynəlxalq imicini zəiflətməyə cəhd göstərir-Elçin Xalidbəyli- ÖZƏL

"Avropa İttifaqı və bu quruma bağlı digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Bu qərəzli mövqe əsasən müəyyən məqsədlərə xidmət edir."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:

"Bir tərəfdən Azərbaycan əleyhinə qəbul edilən sənədlər və verilən açıqlamalarda erməni diasporunun da rolu açıq-aşkar nəzərə çarpır. Avropa Parlamentinin üzvlərinin müəyyən qisminin erməni diasporundan iri məbləğli rüşvət aldıqları indi heç kəsə sirr deyil.
Digər tərəfdən, Avropa İttifaqı  özü də  Azərbaycana qarşı qərəzli mövqedə birbaşa maraqlıdır. Çünki rəsmi Bakının atdığı addımlar, etdiyi geopolitik manevrlər, qazandığı hərbi-siyasi qələbələr Avropa İttifaqını Azərbaycana qarşı bütün təzyiq mexanizmlərindən məhrum edib.
Ona görə də, Avropa İttifaqı  Azərbaycana qarşı qərəzli ittihamlar, siyasi böhtanlar yönəltməklə, rəsmi Bakıya qarşı yeni təzyiq mexanizmləri yaratmağa çalışır. Avropa İttifaqı bir müddət öncə Azərbaycanı hətta Ermənistana qarşı yeni savaşa hazırlaşmaqda ittiham edirdi. Halbuki, rəsmi Bakı  Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra Ermənistanla savaş niyyətində olmadığını dəfələrlə bəyan etməkdəydi. Ancaq Avropa İttifaqı Azərbaycana böhtan atmaqda israrlı davranmağa üstünlük verirdi.
İndi  Avropa İttifaqı  Azərbaycana münasibətdə yeni böhtan kampaniyasına başlayıb. Belə anlaşılır ki, bu qurum Azərbaycanın beynəlxalq imicini zəiflətməyə cəhd göstərir. Əsas məqsəd isə Azərbaycana qarşı yeni təzyiq bəhanələri qazanmaqdan ibarətdir. Ancaq rəsmi Bakı Avropa İttifaqının budəfəki qərəzli mövqeyini də dəf etməyə qadirdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31