200-dən artıq təklif olub, yarısı həllini tapıb - Ombudsman Aparatı

2019-2022-ci illərdə Azərbaycan ombudsmanı tərəfindən illik məruzələrdə 200-dən artıq təklif və tövsiyə irəli sürülüb. Həmin təkliflərin yarıdan çoxu müvafiq qanunvericilik aktlarında, habelə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapıb.

Bu barədə Olaylar.az-a Ombudsman Aparatından bildirilib.

Qeyd edilib ki, müvafiq təkliflər insan hüquqlarının səmərəli təmin edilməsinə, o cümlədən, aztəminatlı ailələrin və əhalinin həssas qruplarının problemlərinin həllinə yönəlməklə əhalinin müxtəlif qruplarının maraqlarına xidmət edən bir çox istiqamətləri əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31