Xankəndində futbol yarışının keçirilməsi möhtəşəm tarixi günlərdən oldu- ÖZƏL

"Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandalarının qarşılaşması, Prezident İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı, 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələr ilə görüş yazılan ən möhtəşəm tarixi günlərdən oldu". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əlabbas Salahzadə deyib: "Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Bakıda da keçirilə bilərdi. Ancaq görüşün burada keçirilməsi və bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq. Dövlətimizin başçısının böyük qürur hissi ilə atdığı hər bir addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Dövlətimizin  başçısı  hər bir addımı ilə  sözü və əməlinin  bir, hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində verdiyi bu vədlər artıq reallıqdır: "Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31