Ermənistanın KTMT-dən çıxması məsələsi indi gündəmdə deyil – ÖZƏL

"Ölkə nümayəndələrinin assosiasiyanın iclaslarında iştirak etməməsinə baxmayaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayacaq".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

"Bu məsələdə biz ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tuturuq, ona əsasən Ermənistanın KTMT-dən çıxması məsələsi hazırda gündəmdə deyil. Məlum olduğu kimi, gələn il Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək" - o, deyib. 
Baş nazir Nikol Paşinyan və Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə bəyan ediblər ki, İrəvan hazırda KTMT-dən çıxmaq imkanını müzakirə etmir, lakin ölkə nümayəndələri son aylar təşkilatın tədbirlərində iştirak etməyiblər. Ermənistan da KTMT-dəki nümayəndəsini geri çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31