“Tolerantlıq örnəyi sərgiləməklə dünyanı fakt qarşısında qoymuşuq”- ÖZƏL

"Dövlətimiz böyük güclərin, özəlliklə də qərbdəkilərin formalaşdırdıqları beynəlxalq konyunkturanı təkcə torpaqlarını işğaldan qurtarmaqla yox, mədəniyyət və din müstəvisində də darmadağın edərək, burada da presedent yaradıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Yəni biz həmən güclərin  istəməmələrinə rəğmən BMT qətnamələrini özümüz reallaşdırdığımız kimi ksenofobiyanın, islamafobiyanın artdığı bir dönəmdə ölkəmizdə dinlərarası, konfenssiyalararası  harmoniyanı təmin etmək, tolerantlıq örnəyi sərgiləməklə də onları fakt qarşısında qoymuşuq. Göstərmişik ki,  qərb liderlərinin multikulturalizmin özünü doğrutlmadığı haqda dedikləri çəfəngiyyatdır, istək olan yerdə o özünü doğruldur, həm də necə lazımdır doğruldur. Təbii ki, bu presedentin yaradılmasında da torpaqlarımızın işğaldan azad edilməsində olduğu kimi cənab İlham Əliyevin müstəsna xidməti var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31