Çexiyada universitetdə atışmada ölənlər arasında azərbaycanlı var? - RƏSMİ AÇIQLAMA

Çexiyada universitetdə atışma zamanı ölənlər və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xatırladaq ki, dekabrın 21-də Çexiyanın Praqa şəhərindəki Karlov Universitetində atşma olub. Atışma nəticəsində 15 nəfər ölüb, 30-a yaxın yaralı var.

Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karlov Universitetinin fəlsəfə fakültəsində atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31