Baş Prokurorluq tərəfindən Abşeronda konfrans keçirilir
22 Dekabr 2023 10:05 SiyasətAzərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dekabrın 22-də Abşeronda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans keçirilir.
Olaylar.az xəbər verir ki, konfrans zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə müzakirələr aparılır.
Həmçinin, tədbir çərçivəsində Abşeron rayon prokurorluğunda "Açıq qapı" günü təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31