İran Azərbaycana qarşı informasiya müharibəsini davam etdirir- ÖZƏL
22 Dekabr 2023 08:12 Siyasət"İranda İslam İnqilabı Keşikçilər Korpusuna(SEPAH) bağlı sosial şəbəkə kanallarında və digər kütləvi informasiya vasitələrində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və dövlət quruluşunu hədəfə alan silsilə verilişlər, analitik yazılar davam edir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Azərbaycan Tehran rejiminin israrlı tədbirlərindən sonra İranla münasibətləri normallaşdırmaq istiqamətində ciddi addımlar atdı. Zəngəzur dəhlizinin "Araz seqmentinin" İran ərazisindən keçməsini təmin etdi. Dövlətlərarası müqavilələr imzalandı, danışıqlar aparıldı. Amma, Tehranin hakimiyyət strukturlarında bir neçə qurum anti-Azərbaycan siyasətini davam etdirir.
İran Xarici işlər nazirliyi və SEPAH Azərbaycanı hədəfə alan terror təşkilatı təsis edir və onlara bağlı media vasitəsilə hücum siyasətini davam etdirir. Xüsusilə Tehran rejimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımları narahatlıqla qəbul edir.
İrandan Azərbaycana qarşı davam edən informa təxribatı bitməyəcək. Bununla İran rejimi daima Azərbaycanı təzyiq siyasətində saxlamaq. İkinci, Güney Azərbaycan məsələsinin bununla gündəliyə daşınmasının qarşısını almaq. İranın hakimiyyət quruluşuna nəzarət edən SEPAH İranın pariranist dərin dövlətidir. Ona görə də anti-Azərbaycan siyasətlərini davam etdirməklə, bütöv Azərbaycan quruluşunu hədəfdə saxlayacaq".