Azərbaycanın Türkiyədəki səfirliyi seçkilərlə bağlı vətəndaşlara müraciət etdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

Olaylar.az report.az-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.

Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını "[email protected]" elektron poçt ünvanına göndərməlidirlər.

Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə

7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcəkdir.
18 yaşını tamamlamış, aktiv seçki hüququna...

- AzEmbassyTürkiye (@AzEmbassyTurkey) December 21, 2023
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31